Türkiyədə avtomobillər toqquşub, 9 nəfər yaralanıb

Türkiyədə Sivas-Kayseri yolunun Taşlıdərə ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, olayda avtomobillərdə olan 9 nəfər yaralanıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər