Türkiyədə avtobus dərəyə aşıb, 20 nəfər yaralanıb

Türkiyənin Elazığ şəhərində avtobus dərəyə aşıb, 20 nəfər yaralanıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Elazığ-Malatya yolunda qeydə alınıb.

Məlumata görə, qəzanın səbəbi sürücünün idarəetməni itirməsi olub.

Hadisədən dərhal sonra qəza yerinə təcili tibbi yardım maşınları cəlb olunub.

Yaralılardan 4-ü Malatya, 16-sı isə Elazığ Şəhər Xəstəxanasına çatdırılıb.

Digər xəbərlər