Türkiyənin cənub-şərqində mikroavtobus qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd olunub ki, Siirtanın Baykan rayonunda mikroavtobusun yolun kənarına aşması nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb
Əraziyə xilasedicilər, jandarma və yanğınsöndürmə briqadaları göndərilib.