Türkiyədə ağır yol qəzasında üç nəfər ölüb, altı nəfər yaralanıb

Türkiyənin Diyarbəkir şəhərində ağır yol qəzası olub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Bismil rayonunda qeydə alınıb.

Dörd nəqliyyat vasitəsinin zəncirvari qəzaya uğraması nəticəsində üç nəfər ölüb, altı nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis, jandarm əməkdaşları cəlb olunub.

Xəbər lenti