Türkiyədə ağır yol qəzası olub, 4 nəfər ölüb, 8 nəfər yaralanıb

Türkiyənin Adana şəhərində yük maşını ilə işçiləri daşıyan xidməti avtomobil toqquşub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə şəhərin Ceylan rayonunda qeydə alınıb.

Qəza nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər