Türkiyədə 41 iş adamının mal-mülkünə həbs qoyulub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Türkiyədə FətullahçıTerror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 41 iş adamının mal-mülkünə həbs qoyulub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onların FETÖ-yə maliyyə yardımı etdikləri bildirilir.

Siyahıda "Akfa Holding"in İdarə Heyətinin sədri Fatih Aktaş, "İhlas Holding"in keçmiş baş rəhbəri Cahit Paksoy, "Fi Yapı" İdarə Heyətinin sədri Fikrət İnanın da adları var. 

Digər xəbərlər