Türkiyədə 157 terrorçu zərərsizləşdirilib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Çukruca rayonunda bir həftə ərzində keçirilən antiterror əməliyyat nəticəsində 157 terrorçu zərərsizləşdirlib.

"Report" Hürriyet-ə istinadən xəbər verir ki, bu məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb.

Qeyd edək ki, bir həftədir Çukurcada terrorçu PKK qruplaşmasına qarşı əməliyyat keçirilir.

Digər xəbərlər

Tokayev referendumda səs verib 15 mart, 2026 / 11:27