Türkiyə və Gürcüstan hökumətlərinin başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Tbilisi. 23 may. REPORT.AZ/ Türkiyənin Baş naziri Binəli Yıldırım mayın 23-də Gürcüstana rəsmi səfər gəlib.

Rəsmi qarşılanma mərasimindən sonra Baş nazir Binəli Yıldırım gürcü həmkarı Georgi Kvirikaşvili ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə bir sıra məsələlər, o cümlədən regional təhlükəsizlik və birgə həyata keçirilən irimiqyaslı, enerji, infrastruktur və nəqliyyat layihələrinin perspektivləri müzakirə olunub.

Türkiyə-Gürcüstan diplomatik münasibətlərinin 25-ci ildönümü ilə əlaqədar Tbilisidə Türkiyə-Gürcüstan Strateji Araşdırmalar Şurasının ikinci iclası keçiriləcək.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49