Türkiyə sahillərində gəmidə yanğın olub, ölən və xəsarət alanlar var

Türkiyə sahillərində, Qara dənizin Sinop vilayətində yük gəmisində baş verən yanğında 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə NTV telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Zərərçəkənlər xəstəxanalara aparılıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Qeyd edilir ki, gəminin kapitanı itkin düşüb. Onun öldüyü güman edilir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Hadisənin təfərrüatları araşdırılır.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 06 noyabr, 2026 / 05:45