Türkiyə Rusiyanın kənd təsərrüfatı məhsullarının bəzilərinin idxalına məhdudiyyət qoyub

Bakı. 19 aprel. REPORT.AZ/ Türkiyə Rusiyada istehsal olunan bəzi kənd təsərrüfatı mallarının ölkəyə gətirilməsinə məhdudiyyət tətbiq edib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov yaranmış vəziyyəti belə dəyərləndirib: “Biz bunu gözləmirdik. Kürəyimizdən bıçaqlandıq. Türkiyə ilə əlaqələrimizin normallaşacağına ümid edirik”.

Qeyd edək ki, Türkiyə buğda daxil olmaqla, bəzi kənd təsərrüfatı məhsullarının Rusiyadan alınmasına məhdudiyyət qoyub. 

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49