Türkiyə, Rusiya və İran rəsmiləri Moskvada görüşəcəklər

Türkiyə, Rusiya və İran rəsmiləri fevralın 10-da Moskvada görüşəcəklər.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, tərəflər taxılın dünyaya ədalətli paylanması və ərzaq böhranının qarşısının alınması yollarını müzakirə edəcəklər.

İclasda, həmçinin bank-maliyyə, logistika və gömrük sahəsində problemlər haqqında fikir mübadiləsi aparılacaq.

Görüşdə iştirak edəcək rəsmilərin adları açıqlanmayıb.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24