Türkiyə, Rusiya, İran və Suriya müdafiə nazirləri Moskvada görüşüb, Suriyadakı durum müzakirə olunub

Moskvada Türkiyə, Rusiya, İran və Suriya müdafiə nazirləri - Hulusi Akar, Sergey Şoyqu, Mohammad Reza Aştiyani və Ali Mahmud Abbas arasında dördtərəfli görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər Türkiyə-Suriya münasibətlərinin normallaşmasını müzakirə ediblər.

Tərəflər həmçinin Suriyada terrorla mübarizə barədə danışıblar. İclasda suriyalı köçkünlərin torpaqlarına qayıtması istiqamətində atıla biləcək addımlara dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49