Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay tviter səhifəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar paylaşım edib.
"Report" xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyevi vəfatının 18-ci ildönümündə rəhmətlə anıram, ruhu şad, məkanı cənnət olsun. Can Azərbaycanla “Bir millət, iki dövlət” olaraq qardaşlığımızı əbədi yaşadacağıq”.