​Türkiyə prezidenti Səudiyyə Ərəbistanına gedəcək

Bakı. 19 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 29-da Səudiyyə Ərəbistanına səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda "Əl-Həyat" qəzeti məlumat yayıb.

O, Səudiyyə Ərəbistanının kralı Salman Əbdül Əzizlə görüşəcək.

Görüş zamanı antiterror koalisiyası, Suriya və İraqdakı vəziyyətə dair məsələlərin, iki ölkə arasındakı münasibətlərin müzakirə ediləcəyi gözlənilir. 

Digər xəbərlər