Türkiyə prezidenti: "Biz terrorçu ilə reportaj hazırlayan media qurumuna qarşı necə isti münasibət bəsləyə bilərik?"

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətlə çıxış edib və 15 iyul tarixində dövlət çevrilişinə edilən uğursuz cəhdə münasibətini bildirib.

"Report" xəbər verir ki, Türkiyə prezidenti çıxışı zamanı dünya mediasına səslənib:

"Ey dünya mediası, sizə səslənirəm, beynəlxalq media qurumlarının məsul şəxslərinə səslənirəm! ABŞ-da qoşa qüllələrə terror hücumu zamanı, bir dövlətin media qurumunun nümayəndəsi Ben Ladendən müsahibə aldımı? Onunla reportaj hazırladımı? Əgər reportaj hazırlasaydı buna necə baxardınız? müsbət qarşılayardınızmı?  İndi biz ABŞ-da 400 kv.m ərazidə məskunlaşan biri - bir terrorçu, terrorçuların lideri ilə reportaj hazırlayan media qurumuna qarşı necə isti münasibət bəsləyə bilərik?".

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49