Türkiyə Prezidenti: “Bartindəki mədəndə partlayış nəticəsində ölənlərin sayı 41-ə çatıb”

“Bartindəki mədəndə partlayış nəticəsində ölənlərin sayı 41-ə çatıb”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, partlayışın necə baş verdiyi aydınlaşacaq:

“İstintaq tədbirləri başlayıb. Əgər bu hadisədə məsuliyyət daşıyan şəxslər varsa, əlbəttə, onlar tapılacaq".

Ərdoğan axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirib.

Digər xəbərlər

Paşinyan yeni müşavir təyin edib 08 dekabr, 2025 / 20:02