"Gücümüz ölkəmizi bütün dünyada söz sahibinə çevirib”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
O bildirib ki, Türkiyə bu baxımdan bir çox ölkədən fərqlənir:
“Biz beynəlxalq aləmdə sabitliyin, ədalətin təmin olunmasına çalışırıq. Rusiya- Ukrayna müharibəsində Prezident Rəcəb Tayyib Ərdoğanın oynadığı sabitləşdirici rolu hər kəs görür”.