Türkiyə ordusunun əsgəri həlak olub

Türkiyə ordusunun əsgəri İraqın şimalında keçirilən "Pençe-Kilit” əməliyyatı zonasında terrorçularla atışmada həlak olub.

“Report” xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə iyulun 28-də baş verib. Türkiyə ordusunun əsgəri terrorçuların açdığı atəş nəticəsində ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilsə də, yaralının həyatını xilas etmək mükün olmayıb.

Nazirlik əsgərin ölümü ilə bağlı başsağlığı yayıb.

Digər xəbərlər