Türkiyə ordusu İraqda şəhid verib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pənçə- Kilit” əməliyyat bölgəsində şəhid verib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, çavuş Habip Murat Alp düşmənin açdığı atəş nəticəsində şəhid olub.

Digər xəbərlər