Türkiyə ordusu İraqda ümumilikdə 76 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK-nın daha 3 terrorçusunu zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da öldürülən silahlıların sayı 76-ya çatıb.

İraqın 3 bölgəsində aprelin 18-dən bugünədək "Pençe Kilit" antiterror əməliyyatı çərçivəsində terrorçuların hədəflərinə artilleriya zərbələri endirilib.

Milli Müdafiə Nazirliyi Türkiyə sərhədi yaxınlığında terror təhlükəsinin aradan qaldırılması üzrə əməliyyatların davam etdiriləcəyini vurğulayıb.

Digər xəbərlər