Türkiyə Milli Təhsil Nazirliyinin 15 200 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyə Milli Təhsil Nazirliyinin mərkəz və əyalət təşkilatlarında çalışan 15 200 nəfər vəzifəsindən kənarlaşdırılıb. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə nazirlik rəsmi açıqlama yayıb. 

Həmin şəxslər barəsində istintaq başlanıb. 

Nazirliyin məlumatında həmçinin mərkəz və əyalət təşkilatlarında çalışan əməkdaşların FETÖ/PYD ilə əlaqəli olub-olmaması ilə bağlı araşdırmaların başlandığı bildirilib. 

Qeyd edək ki, Türkiyədə iyulun 15-də FETÖ/PYD tərəfindən hərbi çevrilişə cəhd olub. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24