Tramp Netanyahunu İrana qarşı zərbədən çəkindirmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahuya zəng etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri İsrailin 12-ci Kanalına açıqlamasında deyib.

Tramp İsrail ərazisinə raket hücumuna cavab olaraq Netanyahunu İrana hücum etməkdən çəkindirmək istədiyini bildirib:

"İndi Netanyahuya zəng edib deyəcəyəm ki, İrana cavab olaraq hücum etməsin".

Amerika liderinin sözlərinə görə, İranın zərbəsi nəticəsində İsraildə heç kim xəsarət almayıb: "Ümid edirəm ki, İsrail cavab verməyəcək. Əgər Bibi (İsrailin Baş naziri Benyamin Netanyahu - Qeyd) cavab verərsə, onda son 47 il və ya 3000 ildir baş verənlər davam edəcək".

Qeyd edək ki, İran atəşkəsdən sonra ilk dəfə İsrailə raketlər atıb.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50