Tokayev: "Suverenliyimiz və ərazi bütövlüyümüzü qorumağa hazır olmalıyıq"

"Qeyri-sabit geosiyasət, yeni təhlükə və çağırışlar şəraitində biz milli maraqlarımızı, suverenliyimiz və ərazi bütövlüyümüzü qorumağa hazır olmalıyıq".

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət mükafatları, ali hərbi və xüsusi, eləcə də məmur rütbələrinin təltifi mərasimində bildirib.

“Ona görə də müdafiə potensialımızı gücləndirmək bizim həmişə vacib prioritetimiz olacaq”, - Kasım-Jomart Tokayev vurğulayıb.

Onun sözlərinə görə, müasir və yaxşı silahlanmış ordu Qazaxıstan dövlətinin etibarlı dayağıdır.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49