“Dünyada daha ciddi gərginliklər yaşana bilər”.
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop deyib.
O bildirib ki, bunun qarşısını almaq üçün ədalətli beynəlxalq sistem təmin olunmalıdır: “Dünən “Taxıl sazişi” bərpa edildi. Amma Ukrayna-Rusiya gərginliyi nəticəsində qida böhranı ilə bağlı yaranan təhdid hələ aradan qalxmayıb”.
M.Şəntop söyləyib ki, Türkiyənin vasitəçilik rolunu hər kəs müşahidə edə bilər.