Tbilisidə Axundov adına İncəsənət Qallereyasında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir keçirilib. “Report”un yerli bürosu xəbər verir ki, mərasim Azərbaycanın Gürcüstandakı səfirliyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib ki, Prezident İlham Əliyevin bu ili "Nizami Gəncəvi İli" elan etməsi şairin şəxsiyyətini, onun dərin fəlsəfəsini, fikir məktəbini, əsərlərində əks etdirdiyi dəyərləri həm ölkə daxilində, həm də dünyada tanıdılmasına xidmət edir: "Nizami həqiqətən də tək Azərbaycanın deyil, bütün dünyanın şairi və mütəfəkkiridir. Nizami, Nəsimi, Füzuli kimi dahi şəxsiyyətləri dünyada tanıtmaqla biz həm də Azərbaycanı təbliğ edirik. Fəxr etməliyik ki, Azərbaycan torpağı belə böyük şairləri, fəlsəfə fikrini formalaşdıran şəxsiyyətləri yetişdirib. Sevindirici haldır ki, dost Gürcüstanda azərbaycanlı icması və Azərbaycan Mədəniyyəti Muzeyi xalqımızın dahi oğlunun əziz xatirəsini yad edir". Gürcüstanın mədəniyyət, idman və gənclər nazirinin birinci müavini Kaxa Sixarulidze çıxışında deyib ki, N.Gəncəvi nəinki öz zəmanəsinin, özündən sonrakı əsr və nəsillərin də hərtərəfli dahisi olub: "Onun dahiliyi ilk növbədə Azərbaycan xalqına məxsusdur, lakin gürcü xalqı da onunla qürur duyur. Nizami bütün Qafqazın dahi şəxsiyyətidir". Mərasim çərçivəsində N.Gəncəvinin əsərlərinə çəkilən miniatürlər sərgilənib, səfirliyin elan etdiyi rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Təbdiri kvartetin ifasında böyük şairin "Sevgili canan" və "Sənsiz" qəzəllərinə dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstələdiyi musiqilər müşayiət edib.Nizami Gəncəvinin obrazında olan "canlı heykəl" mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tbilisidə Nizami Gəncəviyə həsr olunan tədbir keçirilib
Digər xəbərlər
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib – Yenilənib
04 noyabr, 2026 / 21:33
XİN: AK-ın hesabatındakı qeyri-dəqiqliklər anti-Gürcüstan narrativlərini gücləndirir
04 noyabr, 2026 / 20:36
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
04 noyabr, 2026 / 17:50
Ermənistanda müxalifətçi Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
04 noyabr, 2026 / 17:30
Rusiya və Qazaxıstan 2027-ci il üçün hərbi əməkdaşlıq planını imzalayıb
04 noyabr, 2026 / 13:33
Papuaşvili Qırğızıstan Prezidenti ilə Orta Dəhlizin inkişafını müzakirə edib
04 noyabr, 2026 / 13:19
Avropa Komissiyası Gürcüstanda ədliyyə sistemində geniş islahatlar aparılmasını tövsiyə edib
04 noyabr, 2026 / 13:17
Çin sədrinin müavini Han Çjen Türkiyə və Gürcüstana səfər edəcək
04 noyabr, 2026 / 11:46
Qırğızıstan və Tacikistan sərhədində 5,5 maqnitudalı zəlzələ baş verib
04 noyabr, 2026 / 09:34
SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
04 noyabr, 2026 / 08:29
Rusiyanın cənubunda Ozon logistika mərkəzində dron hücumundan sonra yanğın olub
04 noyabr, 2026 / 05:14
İran parlamentinin rəsmisi: Hörmüz boğazı 4 ölkənin gəmiləri üçün açıqdır
04 noyabr, 2026 / 01:10
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
03 noyabr, 2026 / 23:57
İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi
03 noyabr, 2026 / 23:13
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
03 noyabr, 2026 / 22:46
Ermənistanda zəncirvari yol qəzasında 8 nəfər ölüb
03 noyabr, 2026 / 22:42
İrakli Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
03 noyabr, 2026 / 21:35
Paşinyan: Ermənistan gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər
03 noyabr, 2026 / 19:01