Tbilisidə müxalifətin piketi başa çatıb, 7 nəfər saxlanılıb

Tbilisidə müxalifətçilər və onların tərəfdarlarının Gürcüstan parlamentinin ətrafında təşkil etdikləri piket yekunlaşıb.

“Report”un yerli bürosu xəbər verir ki, aksiya zamanı baş verən fiziki qarşıdurmalarda 7 nəfər saxlanılıb.

Piketin əsas tələbləri siyasi məhbusların azadlığa buraxılması, növbədənkənar seçkilər və Mərkəzi Seçki Komissiyanın rəhbərliyinin dəyişdirilməsi olub.

Müxalifət növbəti piketi martın 5-də hökumət binasının qarşısında keçirəcəyini elan edib.

Digər xəbərlər

Kipr Prezidenti Ukraynaya gedib 04 dekabr, 2025 / 14:21