Tbilisidə daha bir körpə koronavirusdan ölüb

Tbilisidə Tsitsişvili uşaq xəstəxanasında daha bir körpə koronavirusdan vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, ikiaylıq uşaq ağır vəziyyətdə iyulun 1-də Abxaziyadan Tbilisiyə çatdırılmışdı.

Xəstəxanada müalicə alan COVID-19 diaqnozlu digər körpənin vəziyyəti yaxşılaşıb.

Qeyd edək, iyulun 16-da Tsitsişvili klinikasında koronavirusun alfa ştammına yoluxan üçhəftəlik uşaq ölüb.

Digər xəbərlər

İranda 2 İŞİD üzvü edam edilib 24 yanvar, 2026 / 10:43