Gürcüstanın paytaxtı Tbilisidə mənzildə dəm qazından zəhərlənərək ölən 5 nəfərin bir ailənin üzvü olduğu məlum olub.
“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxslərin ikisi ata-ana, üçü isə onların azyaşlı övladlarıdır.
Sakinlərin sözlərinə görə, ailə mənzili bir neçə gün öncə kirayələyib.
Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.
19:18
Gürcüstanın paytaxtı Tbilisinin Qldani rayonunda mənzillərdən birində 5 nəfərin meyiti aşkarlanıb.
“Report”un yerli bürosu xəbər veir ki, onlardan 3-ü azyaşlıdır.
İlkin məlumata əsasən, həmin şəxslər dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.