Tbilisi aeroportunda əcnəbidən 2 kq-dan çox narkotik vasitə aşkarlanıb

Tbilisi beynəlxalq hava limanında 1981-ci il təvəllüdlü A.İ. adlı xarici ölkə vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nzirliyindən bildirilib.

Əcnəbiyə məxsus yüklərə baxış zamanı 2 kiloqram 200 qram çəkidə kokain aşkarlanıb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Saxlanılan şəxsi 15 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50