Tacikistan təhlükəsizlik orqanı: "Əfqanıstanla sərhədboyu ərazilərə 5 min terrorçu cəmləşib"

Bakı. 3 fevral. REPORT.AZ/ "Tacikistanın Əfqanıstanla sərhədboyu ərazilərdə terrorçu qruplaşmaların 5 minə yaxın silahlısı yerləşib".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən bildiriblər.

Məlumata görə, Əfqanıstanla Tacikistan arasındakı 1344 km uzunluğunda sərhədboyu ərazilərdə 5 minə yaxın silahlı terrorçu var.

Komitədən bildirilib ki, həmin terrorçular "Taliban", "Özbəkistan İslam Hərəkatı", "Camaati-Ənsarullah" kimi qruplaşmaların üzvləridir. Xəbərə əsasən, həmin silahlılar arasında Tacikistanın çoxlu sayda vətəndaşı da var.  

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49