Suriyadakı silahlılara qoşulmaq istəyən Rusiya vətəndaşı 5 il azadlıqdan məhrum edilib

Bakı. 25 aprel. REPORT.AZ/ Mahaçqala sakini Umarbutt Mirzoyev Suriyaya silahlılara qoşulmağa cəhddə ittiham olunaraq 5 il azadlıqdan məhrum edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Dağıstan Prokurorluğunun təmsilçisi bildirib.

Məlumata görə, U.Mirzoyev 2015-ci ilin dekabrında Suriyaya gedərək silahlılara qoşulmaq istəyib: “O, 2016-cı ilin yanvarında Türkiyə-Suriya sərhədində Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq Rusiyaya deportasiya edilib”.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49