Suriyada Türkiyənin 4 hərbçisi yaralanıb

Bakı. 6 mart. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsindəki hərbçilərinə PYD terrorçularının (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu) minaatanlardan hücum etməsi nəticəsində Türkiyənin 4 çavuşu  yaralanıb.

“Report” Haber7-yə istinadən xəbər verir ki, Suriyanın Hələb əyalətinə bağlı Əl-Bab bölgəsində Türkiyə hərbçilərinin xidməti vəzifələrini icra etdiyi əraziyə ölkənin Münbiçi rayonundan terrorçu PYD silahlıları miaatanlarla hücum edib.

Yaralı hərbçiləri Türkiyə ərazisindəki hospitala yerləşdiriblər.

Türkiyə Silahlı Qüvvələri isə YPG-nin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu) Münbiçdəki mövqelərinə zərbə endirib. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24