Suriyada Türk Qızıl Aypara Cəmiyyətinə hücum olub, ölən və yaralanan var

Suriyanın şimalında Türk Qızıl Aypara Cəmiyyətinin avtomobilinə silahlı hücum olub.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, hadisə nəticəsində cəmiyyətin 1 əməkdaşı həlak olub, 1 nəfər isə yaralanıb.

Qeyd edək ki, Türk Qızıl Aypara Cəmiyyəti vətəndaş müharibəsinin 10 ildir sürdüyü Suriyada yerli əhaliyə geyim, qida və gigiyenik məhsullarla humanitar yardımlar edir.

Digər xəbərlər