​"Suriya Elektron Ordusu" Tükiyənin dövlət elektron poçtlarının hesablarını ələ keçirib

Bakı. 9 fevral. REPORT.AZ/ Bəşşar Əsəd rejiminə bağlı "Suriya Elektron Ordusu" (SEO) Türkiyə Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Hərbi Hava Qüvvələri Qoşununun elektron poçtlarının hesablarını ələ keçirib.

"Report" "Al-Jazeera"yə istinadən xəbər verir ki, SEO-nun sızdırdığı iddia olunan məlumata görə, elektron poçt hesabı ələ keçirilənlər arasında Səudiyyə Ərəbistanı, Qətər və Ərəb Birliyi Liqasına aid ünvanlar da var.

Xəbərə görə, hakerlərin ələ keçirdiyi məktublaşamalar 2009-2012-ci illəri əhatə edir. 

Digər xəbərlər