KTMT sülhməramlıları qoruduqları obyektləri Qazaxıstanın hüquq-mühafizə orqanlarına təhvil verirlər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları artıq mühafizə olunan obyektləri Qazaxıstanın hüquq-mühafizə orqanlarına təhvil verməyə başlayıb.

“Report”un xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, KTMT kontingenti hərbçiləri qayıtmaq üçün texnikanı təyyarəyə yükləmək üçün hazırlayırlar.

Qeyd edək ki, KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılması bu gün başlamalıdır.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49