“Coğrafiyanı iqnor etmək olmaz. Biz qonşu ölkələrlə maksimum praqmatik siyasət aparmağa çalışmalıyıq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, bu məsələyə radikal baxan insanlar var və bu da siyasi dividendlər qazanmaq üçün cəhddir.
Spikerin sözlərinə görə, Gürcüstan çox çətin bölgədə yerləşsə də, Qərbin ölkəyə güclü dəstəyi var.