Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin Sivas bölgəsində yol-nəqliyyat hadisəsi nəticəsində 10 sərnişin yaralanıb.
“Report” Anadolu Agentlyinə istinadən xəbər verir ki, Adıyaman - Artvin marşrutu istiqamətində hərkət edən avtobus Sivas - Ərzincan avtomobil yolunun Seyfebeli hissəsində yük maşınına çırpılıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbi araşdırılır.