Şimali Kipr sahillərində gəmi-bərə batıb: 16 qaçqın ölüb, 30 nəfər itkin düşüb

Bakı. 18 iyul. REPORT.AZ/ Şimali Kipr Türk Cümhuriyyətinin Yeni Erenköy rayonu sahillərində göyərtəsində qaçqınlar olan gəmi-bərənin batması nəticəsində 16 qaçqın ölüb, 30-u itkin düşüb.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, gəmidə 150-yə yaxın qaçqın olub.

Məlumata görə, 101 qaçqın xilas edilib. 

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50