“Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin liderlərinin bu gün keçiriləcək videokonfransında Gürcüstanı baş nazir Giorgi Qaxaria təmsil edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət Administrasiyasından bildirilib.
G.Qaxaria toplantıda Gürcüstanın “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əldə etdiyi nailiyyətlər, ölkədə həyata keçirilən və planlaşdırılan islahatlar barədə danışacaq.
Videokonfransda “Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində əməkdaşlığın cari dinamikası, Avropa İttifaqı və proqrama üzv ölkələr arasında əməkdaşlığın prioritet və perspektivləri müzakirə olunacaq.
Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” sammitinin Brüsseldə keçirilməsi planlaşdırılsa da, qlobal pandemiya səbəbindən toplantı 2021-ci ilin əvvəlində baş tutacaq.