Bakı. 18 yanvar. REPORT.AZ/ Avstriya və Rusiya xarici işlər nazirləri regionda münaqişələrin həlli məsələsini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
"Danışıqların mühüm mövzularından biri regionda münaqişələrin həll edilməsi məsələsi idi", - S.Kurts vurğulayıb.
Qeyd edək ki, bu il yanvarın 1-dən Avstriya ATƏT-də sədrliyi qəbul edib. Sədrliyin əsas prioritetlərindən biri kimi ATƏT məkanında həll olunmamış münaqişələrin nizamlanması göstərilib.