Sergey Lavrov İrana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iyunun 13-də keçirdiyi brifinqdə bildirib.

O, səfərin tarixi barədə məlumat verməyib: “Başqa informasiyaları bir qədər sonra bildirəcəyik”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da Sergey Lavrovun İrana səfərinin tarixi ilə bağlı hazırlığın aparıldığını bildirib.

Digər xəbərlər