Səfir: Ukraynada Türkiyənin müdafiə sənayesi müəssisəsinin açılmasına hazırlıq gedir

Ukraynada Türkiyənin müdafiə sənayesi müəssisəsinin açılması yönündə hazırlıq işləri görülür.

“Report” xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “Euronews”a müsahibəsində deyib.

O, təhlükəsizlik məqsədilə bu məsələyə dair detalları açıqlamayıb.

Bununla belə, diplomat bildirib ki, qeyd edilən hazırlıq işləri ilə bağlı ciddi irəliləyiş əldə olunub: “Türkiyənin “Baykar” şirkəti ilə əməkdaşlıq edirik. Müharibə başa çatandan sonra fabrik fəaliyyətə başlayacaq”.

V.Bodnarın sözlərinə görə, Türkiyə Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılması istiqamətində ciddi addımlar atır.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49