Türkiyənin Şanlıurfa şəhərinin Akçakale rayonunda qohum olan iki ailə arasında silahlı dava düşüb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, daş, dəyənəcək və silahın istifadə olunduğu münaqişədə 25 yaşlı kişi ölüb.
Yaralanan 6 nəfər isə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.