Vyetnamın Dananqe şəhərindəki Rusiyanın Baş konsulu Andrey Plam vəfat edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vyetnamdakı səfirliyi noyabrın 1-də məlumat yayıb.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Andrey Plam 1962-ci il dekabrın 27-də anadan olub. O, Rusiyanın Sinqapurdakı səfirliyində müşavir, Tailanddakı səfirliyində isə səfir-müşavir vəzifələrində işləyib. 2019-cu ilin oktyabrından Dananqe şəhərində Rusiyanın Baş konsulu vəzifəsində çalışıb.