Rusiyada yaşayış binasında partlayış olub, 12 nəfər ölüb

Rusiyanın Novosibirsk şəhərində beşmərtəbəli yaşayış binasında baş verən qaz partlayışı nəticəsində 12 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidmətindən bildirilib.

"Xilasedicilər daha iki qurbanın meyitini tapıblar, partlayış nəticəsində ölənlərin ümumi sayı 12-yə çatıb", - mənbə bildirib.

O əlavə edib ki, 3 nəfərin taleyi naməlum olaraq qalır.

Digər xəbərlər