Rusiyanın Vladivostok şəhərində “Milis məktəbi” ictimai nəqliyyat dayanacağında avtobusa açılan üç atəş nəticəsində bir sərnişin yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə oktyabrın 29-da səhər saatlarında baş verib.
Atəş açan şəxs hadisə yerindən qaçaraq gizlənib. Polis axtarış-əməliyyat tədbiri həyata keçirir.
Faktla bağlı cinayət işi başlanıb.