Rusiyanın Saratov şəhərindən Moskvaya uçan “Boeing-737” sərnişin təyyarəsi havaya qalxandan yarım saat sonra həyəcan siqnalı verib.
“Report” “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, hazırda o, Ryazan vilayətinin səmasındadır və enməyə davam edir.
Məlumata görə, təyyarə Moskvanın Domodedovo hava limanına eniş etməlidir. Ancaq bununla bağlı rəsmi təsdiq hələ yoxdur.