Rusiyada rekord sayda yoluxma halı qeydə alınıb

Rusiyada bir gündə rekord sayda - 67 809 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 681 nəfər artaraq 327 448-ə yüksəlib.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 11 241 109 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 10 071 740 nəfər sağalıb.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24