Rusiyanın Samara vilayətində Volqa çayında şişmə rezin qayığın aşması nəticəsində 12 nəfər sahilə sağ çıxarılıb, 1 nəfərin taleyindən xəbər yoxdur.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, qayığın göyərtəsində 13 nəfər olub.
16:30
Rusiyanın Samara vilayətində Volqa çayında şişmə rezin qayığın aşması nəticəsində 6 nəfər itkin düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təcili xidmətdən bildirilib.
Məlumata görə, qayığın göyərtəsində 11 nəfər olub. Onlardan 5-i sağ-salamat xilas edilib.
Hadisə yerli vaxtla saat 15.00-da Proran adasının Rojdestvenno yaşayış məntəqəsi yaxınlığında baş verib.