Rusiyada son bir gündə daha 9 699 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 437 938 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 443 nəfər artaraq 94 267-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 049 373 nəfər sağalıb.